AZ

Rusiya ABŞ-nin ən böyük bankının akltivlərini müsadirə edir - Qərar verilib

Mayın 1-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən böyük bankı "JPMorgan Chase" Rusiyadakı aktivlərinin müsadirə oluna biləcəyini açıqlayıb.

“AzPolitika” "Reuters" agentliyin istinadla xəbər verir ki, Rusiya Arbitraj Məhkəməsi "VTB Bank"ın tələbi ilə aprelin 24-də ABŞ bankının Rusiya aktivlərinə həbs qoyulması barədə qərar çıxarıb.

Rusiya bankı "JPMorgan Chase"-dən ABŞ hökumətinin sanksiyaları nəticəsində onun həmin ölkənin bank hesablarında dondurulmuş 439.5 milyon dollarını geri qaytarmağı tələb edib. "JPMorgan Chase" buna ABŞ məhkəməsində iddia ilə cavab verib. Bank ABŞ qanunlarına uyğun davrandığı üçün VTB-nin istəyinin qeyri-qanuni elan olunmasını tələb edib. 

"JPMorgan Chase"-in təmsilçiləri hesab edirlər ki, iki bank arasında yaranan hər hansı əmlak mübahisəsi onların razılığına əsasən Nyu-York məhkəməsində həll olunmalıdır. ABŞ bankı ehtiyat edir ki, onun digər ölkələrdəki aktivləri Rusiyada Arbitraj Məhkəməsinin qərarı nəticəsində müsadirə olunma riski ilə üzləşə bilər.

"JPMorgan Chase"ə görə, ona qarşı iddiaların məbləği onun Rusiyadakı aktivlərinin dəyərini xeyli üstələyir. "Reuters" mənbələrinin məlumatına görə, bu aktivlərə bank hesablarındakı vəsaitlər, daşınmaz əmlak və ofis avadanlığı daxildir.

“AzPolitika.info”

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla