AZ

Manaf “missiyasını” yerinə yetirə bilmədi – QALMAQAL BÖYÜYÜR

Xəbər verdiyimiz kimi, Aşıq Zülfiyyə İbadova və Telli Borçalı arasında qalmaqal yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, saz ifaçılarının hər ikisi bu gün “Rəngarəng səhər” verilişində qonaq olublar.

Onları barışdırmaq üçün efirə Manaf Ağayev də dəvət alıb.

Əvvəlcə Zülfiyyə efirə gəlmə səbəbini açıqlayıb:

“Mən bu gün efirə gəldim ki, hamı bilsin, mən başımdan böyük danışmamışam. O, mənim yoldaşıma demişdi ki, “arvadına de, mumlasın”.

Onun bu sözlərindən sonra Telli Borçalı da həmən sözləri işlətdiyini təsdiqləyib:

“Bəli, mən demişəm, sözümün də arxasında dayanıram. Mən Sakitə (Zülfiyyənin həyat yoldaşı - red.) bu sözləri dedim. Sizin üçün orada heç nə olmaya bilər. Mənim üçünsə var. Sən mənim etibarsızlığımı harada görmüsən?  De ki, çağırdığım yerə gəlməmisən, restoran açılışı etmişəm, gəlməmisən. Mən harada etibarsızlıq etdim? Ssenarini sən başlatmısan, mən də davam etdirirəm. Hara qədər istəsən də  davam etdirəcəm”.

Qalmaqalı sakitləşdirməyə çalışan Manaf Ağayevinsə arzusu baş çtutmayıb.

Tərəflərin arasındakı gərginliyi görən aparıcılarsa proqramı reklama bağlayıblar.

Ziyafət Əlisoy

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla