AZ

Tramp polisin tələbələrə hücumunu bəyənib: "Baxmaq xoş idi"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Kolumbiya Universitetində Fələstinə dəstək nümayişlərinə polisin müdaxiləsini yüksək qiymətləndirib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Kolumbiya Universitetindəki nümayişlər səbəbilə Nyu-Yorkun mühasirəyə alındığını iddia edən Tramp, \"(Polis) içəri girdi, buna son qoydular və inanılmaz oldular. Əla iş gördülər. Gözəl polislərimizə öz imkanlarını verəcəyik. Bu, Nyu Yorkun ən yaxşılarından biri, izləmək gözəl bir şey idi\", - deyə Tramp əlavə edib.
 
Kolumbiya Universitetinin prezidenti Minouche Shafik-in polisə gec xəbər verdiyini müdafiə edən Tramp Şafikin zəif və qorxaq olduğunu iddia edib.

Qeyd edək ki, ABŞ-nin bir çox böyük universitetlərində Fələstinə dəstək üçün tələbə etirazları hələ də davam edir.
 
Polis son iki həftə ərzində bəzi müəllimlər də daxil olmaqla 1300-dən çox tələbəni saxlayıb.
 
Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
Mənbələr
Şərh ()
Bağla