AZ

Sensasiyalarla zəngin Madrid turniri

Madriddə keçirilən “Masters” turnirində gözlənilməz nəticələrin ardı kəsilmir. Dünən daha iki favorit mübarizədən kənarda qalıb.

Onlardan biri zədə səbəbilə oynamaqdan imtina edib. İtaliyalı tennisçi Yannik Sinner arxa bud əzələsindəki ağrılara görə turniri tərk edib. Bununla da onun rəqibi Feliks Ojye Aliassim mübarizəsiz yarımfinala adlayıb. Kanadalı tennisçi bu hüququ əldə etmək üçün favoritlərdən sayılan Kasper Ruudu üstələyib.

Rafael Nadalın məğlubiyyətindən sonra yerli publika digər bir sevimlisindən olub. Gənc Karlos Alkaras əfsanəvi həmyerlisinin məğlubiyyətsiz oyunlar seriyasını yeniləməyi bacarmayıb. Alkaras rusiyalı Andrey Rublyova 3 setdə məğlub olub.

Beləliklə də əsas favoritlər sayılan Tsitsipas, Ruud, Alkaras və Sinnerin məğlubiyyətindən sonra turnirdə gözlənilməz qalibin olacağı dəqiqləşib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla