AZ

Azərbaycan zəngin bərpaolunan enerji mənbələrinə malikdir- ÖZƏL

"Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən belə bir çağırışı etmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayevun sözlərinə görə, "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu: "Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi yeni-yeni layihələrin gündəmə gətirilməsinə və uğurlu icrasına yol açır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın bu gün qaz, elektrik enerjisi ixracatçısı kimi tanınması da Azərbaycanın öz resurslarından səmərəli istifadə etmək istəyinin nəticəsidir. Son zamanlar günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə zəngin potensiala malik olması göz qabağındadır. Bu potensial imkanlar, həmçinin zəngin təcrübə ölkəmizin bu ilin noyabr ayında COP29-a ev sahibliyinə stimul oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla