AZ

"Qalatasaray"da növbəti mövsüm planı - 4 əcnəbi oyunçu göndərilir



“Qalatasaray” növbəti mövsüm üçün indidən hazırlıqlara başlayıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub hazırda heyətində olan 14 əcnəbi futbolçudan dördünü yola salmağa hazırlaşır.

Məlumata görə, mövsümün əvvəlində icarə əsasında "Qalatasaray"a keçən Tanquy Ndombele yenidən klubu "Tottenhem"ə qayıdacaq.

4 aydır heyətə qatılan Serxio Oliveyranın komandadan göndərilməsi gözlənilir: "Hazırda klub yetkliləri 2026-cı ildə müqaviləsi başa çatacaq portuqaliyalı futbolçu ilə vidalaşmağın yollarını axtarır. Bununla yanaşı, “Qalatasaray” Vilfrid Zaha və Tete üçün gələcək transfer təkliflərinə də qapılarını açıq tutub"

Xəbərdə deyilir ki, klub göndərilın oyunçuların yerinə yeni transferlər də edəcək.

Azər
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla