AZ

"Bu konfransı "Yeni dövrün Azərbaycanı" konfransı da adlandıra bilərik" - ANAR NAĞIYEV

"Azərbaycançılıq ideologiyası sosial-siyasi elmlərdə də həmin xalqların milli identifikliyini formalaşdırır". SİA xəbər verir ki, bu sözləri Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev də ata-babalarımızdan irsən keçən vahid Azərbaycan ideologiyasını birləşdirir: "Biz xoşbəxt nəsilik ki, bu ideologiyanın tamamında ölkəmizin öz ərazilərində birləşməsinin şahidi olduq. Ulu Öndərin yaratdığı bu irsi öyrənərək gələcək nəsillərə çatdırmaq, öyrənmək vacib məsələlərdəndir. Bu konfransı "Yeni dövrün Azərbaycanı" konfransı da adlandıra bilərik.

Azərbaycan yeni dönəmə gedir. Qarabağ problemini həll etmişik. Gələcəyimiz üçün yeni ideyalar, hədəflər haqqında da tədqiqatçılar danışmalıdırlar. Ərazi bütövlüyümüzün bərpası Qarabağ və Şərqi Zəngəzura qayıdışın əsasını təşkil edir.

Prezident İlham Əliyev demişdi ki, "Böyük Qayıdış" əsasında 140 mindən çox insan geri qayıdacaq. Bu, təkcə siyasi, iqtisadi məsələ deyil, bu, xalqın ruhunun geri qayıtmasıdır. Azərbaycan öz daxilində yaratdığı nəticələrlə bərabər nüfuz formalaşdırmış ölkələrdən biridir. Qlobal məsələlərdə liderliyi ələ almışdır. Cənab Prezident Azərbaycanın Qoşulmama Hərəkatına yeni ölçü, dinamika yaratdığını bildirib".

Müəllif: Söylü Ağazadə
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla