AZ

Baş prokuror media əməkdaşlarını hədələdi

İranın baş prokuroru Məhəmməd Müvəhhidi növbəti dəfə media əməkdaşlarını təhdid edib.

O, bu barədə çıxışında danışıb.
 
Baş prokuror xaricdəki müxalif media ilə istənilən formada əməkdaşlığın cinayət olduğunu söyləyib və əlaqədar qurumlardan bu şəxslərin aşkarlanaraq cəzalandırılmasını tələb edib.

Müvəhhidi bununla yanaşı ölkə daxilində fəaliyyət göstərən media orqanlarına qarşı da nəzarətin gücləndirilməsini istəyib.

O, bəzi media orqanlarının düşmənlərin xoşuna gələn başlıqlar seçdiklərini, bunun yolverilməz olduğunu deyib.

Bu, son həftələr media və sosial media fəallarına qarşı təzyiqlərin yenidən artması ilə eyni vaxta təsadüf edir.

Son bir ay ərzində onlarla media və sosial media əməkdaşı həbs edilib, bir çoxları təhlükəsizlik idarələrinə çağırılaraq dindirilib.

visiontv.az



Seçilən
37
Mənbələr
Şərh ()
Bağla