AZ

Mədəniyyətin bərpası sülhə aparan çağırışlarla doludur - Elman Abdullayev

Bakı. Trend:

Mədəni irsin qorunması istiqamətində səylərimizinbirləşdirilməsinin vacib olduğunu hesab edirik.

Trend xəbər verir ki, bu baradə Azərbaycan RespublikasınınUNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev VIMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən“Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi vəqorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panelsessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, müharibələrdən sonra mədəni irsə böyük ziyandəyir.

"Amma ümid hər zaman var. Mədəniyyətin bərpası sülhə aparançağırışlarla doludur. Biz daim nəzərdə saxlamalıyıq ki,konfliktlərin həllində mədəniyyətlərarası dialoq önəmlidir. Bizmədəniyyətlər arasında körpü qurmalıyıq. Konflikt sonrası mədəniirsin qorunması yollarını müzakirə etməli və həll yollarıistiqamətində səylərimizi birləşdirməliyik. Bu, həmçinin, dünyamədəni irsinin qorunmasında vacib amildir",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla