Müğənni Ayan Babakişiyeva instaqram hesabında yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkələrdə videosu yayılan və maddi vəziyyəti ağır olan imkansız gənci qınayıb.
Ayan bildirib ki, o iş tapıb işləməlidir, əks halda övladlarını da ac-yalavac böyütməyə haqqı yoxdur:
"Kasıb olmaq eyib deyil, ancaq kasıb ölmək bu artıq sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get iş tap işlə... Mən o qədər insan gördüm ki, işləmək istəmir. Xahiş edirəm, belə vəziyyətdə övlad dünyaya gətirib onu da süründürməyin!"
Xatırladaq ki, sözügedən gəncin görüntüləri ilk dəfə BAKU.TV-də yayımlanan "Arzunun vaxtı" verilişində nümayiş olunub.