AZ

Dəhliz müharibələrində İranın məğlubiyyəti: “İnkişaf Yolu”, “Zəngəzur”...

Dəhliz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra İraqa ilk səfərini edib. Bölgədə baş verən yeni prosesləri və Ankara ilə Bağdad arasında on ildən artıqdır gərgin münasibətlər tarixinə nəzərə alsaq, bu səfəri çox mühüm hesab etmək olar. Onun nəticələri İraqda çoxlu siyasi təsirə malik bir ölkə kimi İran üçün əhəmiyyətlidir. Ümumiyyətlə, bu səfər zamanı iki tərəf arasında təhlükəsizlik, ticarət, su və digər sahələrdə 26 saziş və anlaşma memorandumu imzalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Entexab” yazıb.

İran nəşrinin təhlilində qeyd olunur ki, Ərdoğanın Bağdada səfərinin əsas məqamlarını təhlükəsizlik və iqtisadiyyat baxımından əhəmiyyətli saymaq olar:

Bu səfərdə Türkiyə Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın, çox güman ki, keçən ay Bağdada etdiyi fevral səfərinin nəticələrini rəsmiləşdirmək üçün Ərdoğanı müşayiət edib.

Tərəflər Türkiyənin PKK qüvvələrinə qarşı mübarizəsi üçün İraq ərazisində bufer zona yaradılması barədə razılığa gəlib və Türkiyə bu razılaşma ilə iki bölgəni PKK yaraqlılarından təmizləyə biləcəyinə ümid edir. Rəcəb Tayyib Ərdoğan səfərinin nəticələrini təmin etmək üçün İraqın Kürdüstan bölgəsinə də gedib və Türkiyəyə qayıtmazdan əvvəl bu bölgənin səlahiyyətliləri ilə görüşüb.

İqtisadi baxımdan Ərdoğanın İraqa səfərinin ən mühüm hissəsi çox böyük iqtisadi ölçüləri olan “İnkişaf Yolu” layihəsinin hədəflərini reallaşdırmağa çalışmasıdır. Bu layihənin reallaşması o deməkdir ki, İran beynəlxalq supergüclərin layihələndirdiyi dəhlizlərdən kənarda qalacaq. Daha doğrusu, region ölkələrinin koalisiyası kommunikasiya dəhlizləri yaratmaqla İranı oyundan kənarda qoyur.

Bu layihə Ankara və Bağdad məsləhətləşmələrinin ən bariz və mühüm məqsədi idi. Çünki təhlükəsizlik danışıqlarından fərqli olaraq, İraq rəsmiləri səfərin bu hissəsinə daha çox diqqət yetiriblər və hətta təhlükəsizlik anlaşmalarının əldə edilməsi tərəflərin bu layihəni başlatmaq iradəsini və ciddiliyini göstərəcək şəkildə şərh edilə bilər.

İraqın “İnkişaf Yolu” layihəsində əsas sütunu Fars körfəzinin sahilində yerləşən Fav limanıdır. Ümumi daxili məhsulunun 90 faizdən çoxu İraqın bu limandan çox asılı olan cənub hissəsi ilə bağlıdır. Buna görə də İraq bu limanı BƏƏ-nin Cəbəl Əli limanından da yüksək səviyyəyə inkişaf etdirməyə və beləliklə, regionda “limanlar müharibəsi” kimi davam edən geoiqtisadi rəqabətdə üstünlük əldə etməyə çalışır.



İraqlıların nöqteyi-nəzərindən, Fav limanı infrastrukturunun yenilənməsi ölkənin gələcək iqtisadi inkişafının əsas sütunlarından biridir. Yaxın Şərqin ən uzun sualtı tuneli (təxminən 2,5 km) bu ərazidə olacaq. Bu tunel Fav və Xor əl-Zəbair limanının altından Bəsrənin sahilyanı ərazisinə birləşir. Daha sonra “İnkişaf Yolu” kimi tanınan yol vasitəsilə Beynəlxalq Ticarət Rabitə Magistralına bağlanır. Hazırda bu tunelin 60 faizi tamamlanıb.

Əslində, İraqı Türkiyə ilə birləşdirməsi nəzərdə tutulan dəhliz İraqın 10-a yaxın vilayətini əhatə edir və 1200 km ilə İraqın Kürdüstan bölgəsindən keçdikdən sonra o, Türkiyənin Mersin limanı, oradan da Aralıq dənizindən Avropaya çatacaq. Cənub-Şimal adlanan dəmir yolu xətti ilə yanaşı, İraqla Türkiyə arasında əlaqə “quru kanal” adlanan mürəkkəb avtomobil yolları şəbəkəsi və neft-qaz nəqli xətləri vasitəsilə qurulur. Bu layihəyə ümumilikdə 17 milyard dollar sərmayə qoyulub və qeyd edildiyi kimi, İraqın Asiya ilə Avropa arasında malların daşınması üçün tranzit mərkəzinə çevrilməsi İraq iqtisadiyyatını yüksəldəcək.

İraqın “İnkişaf Yolu” layihəsinə sərmayə qoyması isə bu ölkənin 32 kilometrlik Şələmçə-Xürrəmşəhr dəmir yolu layihəsinin inşasına çox da maraq göstərməməsini doğurub. Ona 250 milyon dollar sərmayə tələb olunur. İraqlılar hesab edirlər ki, onun tikintisi Fav limanının strateji dəyərini azaldır. Bu layihənin tikintisinə İbrahim Rəisinin birinci vitse-prezidenti Müxbir Dezfuli və İraqın baş naziri əl-Sudani tərəfindən başlansa da, İraq hakimiyyəti həmin dəmir yolu xəttinin yalnız sərnişinlər və hər iki tərəfdən zəvvarların rifahı üçün olacağını vurğulayır.

Ərdoğanın İraqa səfərində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Oraloğlu və İraqın nəqliyyat naziri Rəzzək Muhibs əl-Sədavidən başqa, İraqın nəqliyyat naziri Casim bin Səyfülsulaiti də danışıqlarda iştirak edib. Bu layihə üzrə anlaşma memorandumunun imzalanması mərasiminə Qətərin nəqliyyat və rabitə, energetika və əmirliyin infrastruktur naziri Süheyl Məhəmməd əl-Mazrui də qatılıblar.

Türkiyə və İranın regiondakı iki ənənəvi və tarixi rəqabətindən İraq yeni və mühüm üstünlüklər əldə edir və bu da İranın geoiqtisadi üstünlüklərinin itirilməsinə gətirib çıxarır. Hindistan-Yaxın Şərq-Avropa Dəhlizi planına zidd olan layihə İraq və Türkiyə üçün üçün super əhəmiyyət daşıyır. Fakt budur ki, son iki onillikdə tətbiq edilən sanksiyalar və ifrat bürokratiya İranın bir çox beynəlxalq layihələrdən, o cümlədən mühüm dəhlizlərdən və liman müharibəsində itkilərinə səbəb olub. Həm də İran Çinin “Bir kəmər-Bir yol” Təşəbbüsündə ən mərkəzi ölkələrdən biri olduğu halda. Bundan başqa, bir çox layihələrdə İrana göz yummaq, hətta onu məğlub etmək cəhdi var. Məsələn, ölkənin şimal-qərbində “Zəngəzur dəhlizi” layihəsi ideyası Tehranın geosiyasi nüfuzunu və üstünlüyünü praktiki olaraq zəiflədib və hətta təhlükə altına alıb.

Y. QACAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla