AZ

Orta Dəhlizin inkişafının maliyyələşdirilməsində beynəlxalq maliyyə institutlarına üstünlük verilir - Samir Şərifov

Tbilisi. Trend:

Orta Dəhlizin inkişafının maliyyələşdirilməsində beynəlxalqmaliyyə institutlarına üstünlük verilir.

Trend xəbərverir ki, bu barədə maliyyə naziri Samir Şərifov Tbilisidə Asiyaİnkişaf Bankının (AİB) illik toplantısının kuluarlarındajurnalistlərə deyib.

"Orta Dəhlizin inkişafına özəl sektorun cəlb edilməsi bir çoxbaxımdan görülməsi nəzərdə tutulan işlərin həcmindən asılıdır.Bugünkü mərhələdə biz daha çox infrastruktur layihələrindən bəhsedirik. Bu, dəmir yolu və avtomobil kommunikasiyalarının inşasıdır.Yəni bu, kifayət qədər ciddi fiziki infrastruktur olacaq", - odeyib.

Nazir özəl sektorun bu cür layihələri maliyyələşdirdiyini, lakinkifayət qədər böyük vəsait tələb etdiyini bildirib.

"Bu vəsaitin geri ödəmə müddəti kifayət qədər uzun olmalıdır. Busəbəbdən bu şərtlərdə özəl maliyyələşdirmə bir qədər baha olur. Onagörə də digər maliyyə mənbələrinin, əsasən, Dünya Bankı, Asiyaİnkişaf Bankı, Avropa İnkişaf Bankı, Asiya İnfrastrukturİnvestisiya Bankı kimi beynəlxalq maliyyə institutlarınınmaliyyələşdirməsinə üstünlük verilir. Bir sıra ərəb ölkələrində dəmüvafiq inkişaf fondları mövcuddur. Bu maliyyə institutlarına dahauzun müddətə və daha aşağı faizlə vəsait cəlb etmək olar. Bu isəkiçik layihələr üçün əhəmiyyət kəsb edir, çünki nəticədə kreditlərigeri ödəmək lazımdır", - deyə nazir bildirib.

S.Şərifovun sözlərinə görə, kredit cəlb etmək o qədər də çətindeyil.

"Lakin geri ödəmək üçün məqsədyönlü və uzunmüddətli strategiyaolmalıdır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantınınmövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla