AZ

İran amerikalı şəxslərə və şirkətlərə sanksiya tətbiq etdi

İran amerikalı şəxslərə və şirkətlərə sanksiya tətbiq edib.

Bakupost.az xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ-nin 5 şirkəti və 7 fiziki şəxsinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Məlumata görə, sanksiyaların tətbiqinə İsrailin Qəzza zolağında əməliyyatının dəstəklənməsi səbəb olub.

Bildirilib ki, sanksiya tətbiq edilən şirkətlər sırasında “The Lockheed Martin”, “General Dynamics”, “Chevron”, “Kharon” var.

Fiziki şəxslər arasında isə hökumət rəsmilərindən Ceyson Grinblaat, Mişel Rubin, Ceyson Brodski, Klifford D. May, Brayn P. Fenton, Bred Kuper, Qreqori C. Hayes yer alıb.

Elnur
BakuPost

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla