AZ

Qazaxıstanda daşqınlardan sonra 43 min nəfər evlərinə qayıdıb

Qazaxıstanda

Bakı, 2 may, AZƏRTAC

Qazaxıstanda son illərin ən güclü daşqınları ilə mübarizə davam edir, təxliyə olunmuş sakinlər tədricən evlərinə qayıdır.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, indiyədək respublika üzrə 7 min 710 yaşayış binasından və 2 min 844 həyətyanı sahədən su çəkilib, 43 mindən çox insan öz evlərinə qayıdıb. Lakin hələ də 6 min 338 nəfər təxliyə mərkəzlərində qalmaqdadır.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasetmə və daşqınların qarşısının alınması işlərində ümumilikdə 14 mindən çox insan, 1529 texnika, 100 üzən vasitə və 6 təyyarə iştirak edir. Şərqi Qazaxıstan vilayətində şiddətli yağışlar səbəbindən Buxtarma və Kişi-Ulba çaylarında suyun səviyyəsinin artdığı bildirilir.

Qeyd edək ki, martın sonu aprelin əvvəlində qarın əriməsi ilə bağlı Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə ölkənin doqquz rayonunda - Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Ulıtau, Akmola, Karağandı, Atırau, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində yerli miqyasda 29 fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla