AZ

Marşrutların açılmasına icazə verən qurumlar DƏYİŞDİ

Müntəzəm marşrutların açılmasına icazə verən qurumlar dəyişib.

Demokrat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə veriləcək. Yoxlamanın nəticələri aktla rəsmiləşdiriləcək və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
28
Mənbələr
Şərh ()
Bağla