AZ

"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - AÇIQLAMA

"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - AÇIQLAMA

Tender bu gün ölkəmizdə ən çox aktual olan mövzulardan biridir. Belə ki, tender bir çox şirkətlər arasında uyğun şərtlərə cavab verən bir işin və ya malın verilməsidir. Bu konsepsiya ümumiyyətlə özəl sektorun dövlət işlərini əldə etmək üçün istifadə etdiyi bir üsuldur. Tender sistemi bütün demokratik dövlətlərdə tətbiq olunur. Dövlət bu gün ehtiyac duyduğu xidmət və ya malları müəyyən şərtlər daxilində tenderə çıxarır. İştirakçı təşkilat və şirkətlər proses boyunca lazımlı şərtləri təmin etmək üçün çalışır və rəqabət aparan şirkətlər dövlət tenderini qazanmaq üçün yarışır. Bu yarışın ən ədalətli şəkildə bitməsini təmin edən qurum isə dövlət satınalmaları qurumları və nazirliklərdir.

Lakin bir sıra şirkətləri var ki, təcrübəsi olmadığı halda tenderin qalibi olurlar. Bu baxımdan həmin şirkətlər tenderin qalibi necə olur və bu istiqamətdə hansı nəzarət mexanizmi olmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda tenderlərlə və dövlət satınalmaları ilə bağlı həmişə problemlər olub. Problem ondan ibarətdir ki, bu sahə şəffaf deyil:

"Başqa ölkələrin təcrübəsindən çıxış etsək görürük ki, bəzi ölkələrdə tenderlər televiziyada canlı yayımda göstərilir. İstənilən şəxs onları izləyə bilir. Bizdə belə şəffaflıq yoxdur. Tenderlər və "Dövlət satınalmaları haqqında" qanuna görə formallıqlar mövcuddur. Bəzi hallarda heç o formal qaydalar belə tətbiq edilmir. Qaydalardan biri odur ki, tenderlərdə iştirak edən şirkətlər ağlabatan təcrübəyə malik olmalıdır. Amma bu ağlabatan təcrübə illə məhdudlaşdırılmayıb".

Ekspertin sözlərinə görə, birdə görürük ki, iki-üç aylıq şirkətlər tender udurlar. Bundan başqa, ən geniş yayılmış məsələlərdən biri odur ki, Azərbaycanda eyni şəxsə aid olan bir neçə şirkət ayrı-ayrı adlarla, yəni faktiki olaraq özünün olmasa da, onun yaxınlarına aid olan şirkətlər tenderə girirlər:

" Formal olaraq kənardan bu rəqabət mühitinin yarandığını göstərir. Faktiki olaraq həmin şirkətlərdən hansı udursa udsun 1 nəfər qalib gəlir. Bu sahədə ciddi problemlər var. Ən böyük problem isə qeyri-şəffaf mühitin olmasıdır. Medianın, sivil toplumun, siyasi partiyaların və vətəndaş cəmiyyətinin bu sahəyə nəzarət etmək imkanı yoxdur".

Sevda Səfərova

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla