AZ

U-17 millimiz Belarusla üz-üzə

17 yaşadək qadın futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. ABFF Təlim-Məşq Mərkəzində oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, U-17 turnir çərçivəsində mayın 4-də, Bakı vaxtı ilə saat 13.00-da Qazaxıstanla, 7-də isə saat 12.00-da Türkiyə ilə üz-üzə gələcək.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla