AZ

Qazaxlı kəndində sakinlərlə səyyar qəbul-görüş keçirilib -FOTOLAR

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov mayın 1-də Qazaxlı kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və məsul işçiləri, icra nümayuəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sakinlər işlə təmin olunma, ərazidə ixtisaslı tibb işçisinin olmaması, təbii qaz və internet xəttinin çəkilməsi və digər şəxsi məsələlər barədə müraciətlər ediblər.
Rayon rəhbərliyi sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla