AZ

İran İsraili dəstəkləyən ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq edir

İran İsrailə dəstək verdikləri üçün ABŞ-dan 5 şirkət və 7 şəxsə sanksiya tətbiq edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Sanksiya siyahısına Amerikanın hərbi-sənaye şirkətləri Lockheed Martin, Chevron və General Dynamics daxildir. İranın sözlərinə görə, bəzi şəxslər, eləcə də ABŞ şirkətləri “İsrail rejiminin terror aktlarını” dəstəkləyib və maliyyələşdirib, fələstinlilərin, xüsusən də Qəzza zolağı sakinlərinin hüquqlarının pozulmasına töhfə veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla