AZ

İngiltərədə yerli seçkilərdə səsvermə başlayıb

İngiltərə və Birləşmiş Krallığın bir hissəsi olan Uelsdə insanlar 4 il müddətinə bələdiyyə başçılarını, şəhər şurası üzvlərini və polis komissarlarını seçmək üçün sandıq başına gediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İngiltərədə yerli idarəetmələri müəyyən etmək üçün 107 seçki dairəsində səsverməyə gedən vətəndaşlar öz səsləri ilə London bələdiyyə sədrini, şəhər məclis üzvlərini və paytaxtdan kənarda 10 bələdiyyə sədrini təyin edəcəklər.

Seçicilər həmçinin İngiltərə daxilində 35 Polis və Cinayət Müvəkkili (PCC) seçəcəklər. Səsvermə prosesi yerli vaxtla saat 07.00-da (CET 09.00) başlayır və CET 22.00-a (CET 00.00) qədər davam edəcək. Seçkilərdə Britaniya vətəndaşları, eləcə də Böyük Britaniyadakı Avropa İttifaqı (Aİ) və ya Birlik vətəndaşları yaşadıqları bölgələrdə səs verə biləcəklər.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla