AZ

Luis Enrike Dortmund “Borussiya”sına məğlubiyyəti şərh etdi

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə ilk yarımfinal oyununda məğlubiyyətini (0:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hər kəs bunun asan olmayacağını bilirdi. Bu, Çempionlar Liqasının yarımfinal mərhələsidir. Bu gün hər iki komanda çoxlu qol imkanları yaratdı. Amma onlar qol vurdular, biz isə yox. Nəticə oyunun nə qədər yaxın olduğunu göstərir. Bu, hər iki komanda üçün yeni vəziyyətdir. Çempionlar Liqasının son iki oyununda “Borussiya” öz meydanında oynayıb, bizim üçün isə əksinə idi. Cavab oyununda azarkeşlər bizim tərəfimizdə olacaqlar. Əlbəttə ki, biz orada indikindən daha səmərəli fəaliyyət göstərməli olacağıq”, deyə Luis Enrike vəd verib.

Komandalar arasında cavab oyunu mayın 7-də Parisdə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla