AZ

Şərqdə ilk yarımfinalçı məlum oldu

MBA-da da bu gecə ilk raundun iki oyunu keçirilib.

“Boston Seltiks” evdə qalib gəlməklə seriyanı tamamlayıb. “Mayami Hits”lə qarşılaşmada 118:84 hesablı qələbədən sonra ümumi nəticə 4:1 olub. Beləliklə də, Şərq konfransında seriyaların birinə yekun vurulub.

Qərb konfransında “Los-Anceles Klippers” – “Dallas Maveriks” oyununda qonaqlar qalib gəliblər – 123:93. Görüşün qəhrəmanı Luka Donçiç olub. Sloveniyalı basketbolçu qarşılaşmada 35 xal toplayıb. Bundan başqa onun aktivində 7 ribaund və 10 asist var. Los-Anceles komandasında isə 20 xal həddinə çatan basketbolçu olmayıb.

Bu qələbədən sonra seriyada “Dallas Maveriks” öndədir – 3:2.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla