AZ

İNSAN OVU: Qızıl tapançalı türk qatil

5 ay əvvəl Almaniyanın Kaltenkirxen şəhərində HolstenTherme yaxınlığında cəsəd tapılıb.

News24.az xəbər verir ki, beləliklə, Almaniya İnterpolla qızıl tapançalı türk qatilinin axtarışına başlayıb.

Alman mətbuatında çıxan xəbərlərdə qətlin narkotik mafiyası ilə əlaqəli olduğu iddia edilir.

Qeyd edək ki, “Bild” qəzeti 30 yaşlı şüphəli Ferhat K.-nin daha əvvəl də gənclərdən ibarət milli komandanın oyunçusuna atəş açdığını yazıb.

Oe24 xəbər portalı güllə yarası alan Bosniya gənclər milli komandasının Armin B. adlı oyunçunun təcili əməliyyat olunaraq sağ qaldığını yazıb. 2016-cı ildə baş verən bu hadisədən sonra Ferhat K. adam öldürməyə cəhd, ağır yaralama və qanunsuz silah saxlama ittihamları ilə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Hərəkətlərini qızıl silahla həyata keçirdiyi üçün Alman mətbuatının "qızıl tapança qatili" adlandırdığı Ferhat K.-nın axtarışı davam edir. Bild qəzetinin məlumatına görə, alman müstəntiqlər onun Türkiyədə olduğundan şübhələnirlər.

Günel Məlikzadə


Seçilən
61
Mənbələr
Şərh ()
Bağla