- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Milli çempionatların yüksək liqalarında 2024-cü ildə ən çox qol vuranların siyahısı açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində ən azı 11 qol vuranlar yer alıblar.
İlin ilk 4 ayında buna 42 oyunçu nail olub. İmre Badalassi siyahıya başçılıq edir. “Tre Penne”nin italiyalı bombardiri San-Marino çempionatında 16 dəfə fərqlənib.
İsveçli Viktor Qyokeres “Sportinq”in 15 qoluna imza atmaqla ikincidir. Üçüncü olan niderlandlı Lük de Yonq PSV-nin heyətində 15 qol vurub.
Qeyd edək ki, “Böyük beşlik” liqalarında ən yaxşı nəticə Harri Keynə məxsusdur. “Bavariya”nın ingilis hücumçusu 14 qolla siyahıda 4-cüdür.
İdman.biz