AZ

ABŞ tələbə etirazları davam edir -Ən azı 1600 nəfər saxlanılıb

ABŞ-da universitet tələbələrinin fələstinlilərə həmrəylik aksiyalarına polis təzyiqi davam edir.

“İki sahil”in məlumatına görə,  “Associated Press” xəbər agentliyi polisin aprelin 18-dən bəri ABŞ kampuslarında ən azı 38 əməliyyat keçirdiyini, nəticədə 30 universitet və kollecdə 1 600-dən çox adamın saxlanıldığını bildirib.

Los-Ancelesdəki Kaliforniya Universitetində çevik qüvvət polisi kampusda toplaşaraq Qəzzaya həmrəylik düşərgəsində olanlara ərazini tərk etmələrini, əks halda saxlanılacaqlarını bildirib.

Qeyd edək ki, dünən sözügedən kampusunda İsrail tərəfdarları ilə fələstinli tərəfdarlar qarşı-qarşıya gəliblər.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla