AZ

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib.

Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:

"Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gün qaça-qaçda olduğum üçün elə insan lazım idi ki, həm anama, həm özümə, həm də uşağıma qulluq etsin. Demək olar ki, o qadın bizim evimizdə 4 il çalışdı. İnanın mənə ki, bugünkü gün yadıma salanda şok oluram. İnsanlar necə rola girə bilirlər. Bir sözlə rol oynayırlar. 4 il o qadın rolda olub və bu müddət ərzində evimdən nələr gedib".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
11
Mənbələr
Şərh ()
Bağla