AZ

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Vəkilliyə

Bakı, 2 may, AZƏRTAC

Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə fevralın 27-dən aprelin 29-dək ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, şifahi müsahibə mərhələsində 50 vəkilliyə namizəd iştirak edib.

İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 44 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.

Qeyd edək ki, icbari təlim mayın 6-da saat 10:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında baş tutacaq.

Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı Vəkillər Kollegiyasının saytında yerləşdirilib.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla