AZ

Maliyyə naziri: Qara dənizin dibi ilə elektrik enerjisinin nəqli Azərbaycan və Gürcüstanın enerji istehsalı potensialını artıracaq

Maliyyə

Tbilisi, 2 may, AZƏRTAC

Azərbaycan Qara dənizin dibi ilə çəkilən optik kabel layihəsinin uğurla həyata keçirilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı (ADB) və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” panel müzakirəsi zamanı söyləyib.

“Bu layihə ilə əsasən dənizin dibi ilə elektrik enerjisinin nəqli həyata keçiriləcək. Bu da həm Gürcüstanın, həm də Azərbaycanın enerji istehsalı potensialının artırılmasını əhatə edəcək. Azərbaycan enerji keçidi strategiyasını qəbul edib. Bu strategiyaya əsasən, o, təbii yanacağa əsaslanan elektrik enerjisi istehsalını tədricən bərpaolunan enerji mənbələri ilə əvəz edəcək”, - deyə nazir vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla