AZ

UEFA ÇL-də həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizəd olan futbolçuların adları məlum olub.

BAKU.WS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu mükafata "Real Madrid"in braziliyalı vingeri Vinisius Junior və Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Mats Hummels layiq görülə bilər.

Vinisius Junior “Real Madrid”in Çempionlar Liqasının yarımfinalında “Bayern”lə ilk səfər oyununda iki qol vuraraq, Madrid təmsilçisinə 2:2 hesablı heç-heçə gətirib.

Mats Hummels PSJ ilə Çempionlar Liqasının ilk yarımfinal oyununda "Borussia Dortmund"un 1:0 hesablı ev qələbəsi qazanmasında mühüm rol oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla