AZ

Qazıntı yanacağı ilə zəngin ölkələrin yaşıl enerjiyə keçiddə öndə getməsi zəruridir- ÖZƏL

"2023-cü ilin dekabr ayının 11-də keçirilmiş COP28-in plenar iclasında növbəti Tərəflər Konfransının Azərbaycanda keçirilməsinə dair yekdil qərar qəbul edildikdən dərhal sonra dünya mediasının bəzi təmsilçiləri və müəyyən QHT-lər Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olaraq COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğunu şübhə altına almaq üçün səylər göstərməyə başladılar". "Olaylar" xəbər verir ki, bunu deputat Kamaləddin Qafarov deyib:  "Lakin Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə dair sağlam düşüncəyə və real məntiqə əsaslanan konkret dəlillər ortaya qoyaraq məhz qazıntı yanacağı ilə zəngin ölkələrin yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getmələrinin zəruri olduğunu diqqət mərkəzinə çəkə bildi. Bu məsələ dövlət başçımızın "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında da öz əksini tapıb. Cənab Prezident bir daha vurğulayıb ki, faydalı qazıntı ilə zəngin olan ölkələr, ilk növbədə, həmin ehtiyatları ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə yönəltmələrinə görə dəyərləndirilməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla