AZ

Avropa rus gübrəsindən asılıdır

Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən böyük azot gübrəsi istehsalçılarından olan “Yara” şirkətinin baş direktoru Svein Tore Holsether, Avropanın əvvəllər təbii qazda olduğu kimi indi də gübrə baxımından Rusiyadan asılı vəziyyətə düşdüyünə diqqət çəkib.

Hafta.az-ın “Financial Times”a istinadən yazdığına görə, kənd təsərrüfatı məhsulları üçün lazım olan azotlu gübrənin təbii qazdan istehsal olunduğuna diqqət çəkən Holsether, gübrəni "yeni qaz" olaraq xarakterizə edib.

Holsether, Avropanın təbii qazda Rusiyadan asılılığını azaltmağı hədəflədiyi halda, bilmədən Rusiyaya ərzaq məhsulları və gübrələrə təzyiq etmək imkanı verməsinin “paradoks” olduğunu bildirib.

“Eurostat”ın məlumatlarına görə, Aİ-nin azot gübrəsi idxalı 2022-2023-cü illərdə 34 faiz artıb. Rusiya bu məhsulun Aİ-yə ixracında təxminən üçdə bir paya malikdir.

Aİ-nin karbamid gübrəsi idxalı 53 faiz artdığı halda, Rusiyanın bunda payı 40 faiz təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla