AZ

Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana enerji tədarük edə bilər - Nazir

Bişkek. Trend:

Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstanaenerji tədarük edə bilər.

Trend xəbərverir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybekİbrayev Qırğızıstan KİV-ə deyib.

Nazirin sözlərinə görə, Azərbaycan hazırda Qazaxıstan vəÖzbəkistanla birgə enerji xətlərinin inşası ilə məşğul olur.Texniki imkanlar sayəsində daha sonra onu asanlıqla Qırğızıstanaötürmək mümkün olacaq.

"Azərbaycan və Qırğızıstan arasında enerji əməkdaşlığına dairməsələ çoxdan qaldırılıb və bu yaxında nazirliklər arasındamemorandum imzalanıb. Azərbaycan hazırda aktiv şəkildə neft,yanacaq-sürtkü materialları, benzin, dizel yanacağı, həmçinin, qazixrac edir.

Tezliklə "Cunda" neft emalı zavodunu (NEZ) modernizasiyadansonra işə salacağıq və əlavə neft tədarüklərinə ehtiyacımız olacaq.Qırğızıstan Azərbaycandan neft tədarüklərində maraqlıdır, hazırdalogistika məsələsi üzərində işləyirik", - nazir deyib.

T.İbrayev Azərbaycanda kabel məhsullarının, eləcə də,transformator istehsalının qabaqcıl inkişaf etdiyini qeyd edib.

"Biz danışıqlar aparmışıq və iyun ayında mütəxəssislərAzərbaycana enerji həftəsinə yola düşəcəklər. Onlar istehsalprosesini öyrənmək üçün kabellərin istehsal olunduğu zavodlarıziyarət edəcəklər", - deyə nazir əlavə edib.

Xatırladaq ki, aprelin 24-də Qırğızıstan Energetika Nazirliyiilə Azərbaycan Energetika Nazirliyi arasında energetika sferasındaəməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla