AZ

Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji sisteminin yarısı zədələnib

Rusiyanın

Kiyev, 2 may, AZƏRTAC

Rusiyanın hücumları nəticəsində Ukraynanın enerji sisteminin yarısı zədələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Foreign Policy"ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, ABŞ-ın elan etdiyi hərbi yardım paketi ukraynalıların əhval-ruhiyyəsini yüksəldib. Bununla belə, paketə “Patriot” hava hücumundan müdafiə sistemləri daxil olsaydı, bu təkan daha da güclü olardı.

Rusiyanın ballistik raketlərini müharibənin əsl fəlakəti adlandıran nazir deyib ki, onlardan Ukraynanın enerji sistemini məhv etmək üçün istifadə olunur.

"Enerji sistemimizin yarısı zədələnib və biz hələ də ölkəni idarə etməliyik, müharibə aparmalı və bütün dünyanın dəstəyini almalıyıq", - deyə Kuleba əlavə edib.

Rusiya uzun fasilədən sonra Ukraynanın enerji sektorunu yenidən atəşə tutmağa başlayıb. Bu dəfə istilik elektrik stansiyaları, yarımstansiyalar və hətta su elektrik stansiyaları hədəfə alınır.

Hava hücumları nəticəsində Kiyev və Xarkov vilayətlərindəki istilik elektrik stansiyalarına ziyan dəyib. Zaporojyedəki Dnepr su elektrik stansiyası da vurulub. Bu, Ukraynanın ən böyük su elektrik stansiyasıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla