AZ

ABŞ-nin sanksiya tətbiq etdiyi azərbaycanlılar kimdir?


Xəbər verdiyimiz kimi, Rusiyaya silah və ya müdafiə ilə bağlı istehsalat üçün əsas vəsaitləri əldə etməyə kömək edən üçüncü ölkələrdəki şirkətlər və şəxslər, o cümlədən Azərbaycandakı bir şirkət və rəhbərləri ABŞ-nin sanksiya siyahısına salınıb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən şirkət “Lahic Energy” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir ki, şirkətin rəhbəri Yevgeni Əliyev və direktoru, həmçinin Y. Əliyevin oğlu Cahangir Əliyev də sanksiya siyahısına salınıb.
Qeyd olunur ki, onlar sözügedən şirkət vasitəsilə ABŞ-nin sanksiya etdiyi Rusiya texnologiya istehsalçıları adından biznes qurmağa çalışıblar.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin “Vergi ödəyiciləri üzrə axtarış” bölməsində “Lahic Energy” şirkətinə dair heç bir məlumat yoxdur. Həmçinin şirkətə məxsus sayt da artıq fəaliyyət göstərmir.
Seçilən
185
20
Mənbələr
Şərh ()
Bağla