AZ

Ulu Öndər hələ sovetlər dönəmində Azərbaycanı müstəqilliyə hazırlayırdı- ÖZƏL

"Heydər Əliyev ideyaları əbədiyaşardır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılıb". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib. Bildirib ki, Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu: "Ulu Öndər uzaqgörən insan idi. O, sovetlər dönəmində Azərbaycanı müstəqilliyə hazırlayırdı. C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması nəticəsində milli hərbçi kadrlarımız yetişdirildi. O dövrdə minlərlə gəncimiz keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi və onlar peşəkar mütəxəssislər kimi respublikamızın inkişafına öz töhfələrini verdilər".
Arif Rəhimzadə qeyd edib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaradan Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq inkişaf yoluna çıxardı: "Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Prezidentimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edilib. Biz xalq olaraq dövlətimizlə qürur duyuruq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla