AZ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu avtomobillər BAHALAŞACAQ

"Mövsümlə əlaqədar olaraq bəzi avtomobillərin qiymətində 5-10 faizlik artımın olması gözlənilir".

Bu sözləri nəqliyyat eksperti Aslan Əsədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, son zamanlar maşın bazarında durğunluq müşahidə olunur. Xüsusən də taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsində ilin nəzərə alınması avtomobillərin qiymətinin müəyyən dərəcədə ucuzlaşmasına səbəb olub:

"Xüsusən də "Toyota", "KİA", "Hundai" markalı avtomobillərin qiyməti düşüb. MDB istehsalı olan avtomobillərdə isə ciddi qiymət dəyişikliyi müşahidə olunmur".

Bəs görəsən, hansı avtomobillərə maraq artıb?

A.Əsədov vurğulayıb ki, sahibkarlar və vətəndaşlar daha qənaətli, müasir və daha az xərc tələb edən avtomobillərə daha çox üstünlük verirlər.

Aslan Əsədov: Elektromobillərin ölkəyə idxal olunmasının sürətlənməsi müşahidə olunur

"Bu ilin iyulun 1-dən qüvvəyə minəcək qərara görə, taksi minik avtomobilləri ağ və ya qırmızı rəngdə olacaq. Bu qərardan sonra idxal olunan avtomobillər arasında mühərrik həcmi kiçik olan qırmızı rəngli avtomobillərə maraq artıb”.

Müsahibimiz deyib ki, eyni zamanda elektromobillərin ölkəyə idxal olunmasının sürətlənməsi müşahidə olunur:

“Rəsmi məlumata görə, cari ilin yanvar-fevral aylarında Azərbaycana 22 milyon 852 min dollar dəyərində 541 ədəd elektromobil idxal olunub. Gələn il gələn bu rəqəmlərin daha da artacağı gözlənilir".

Gülşən Şərif

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla