AZ

Ukrayna PUA-ları hücum etdi - Rusiyanın regionları işıqsız qaldı

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın bölgələrinə hücum edib. PUA-ların hədəfi enerji obyektləri olub.

Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin PUA-ları mülki enerji infrastruktur obyektlərini hədəf götürüb.

Mayın 2-nə keçən gecə PUA-lar Rusiyanın Kursk, Orlovsk, Rostov və Bryansk vilayətlərində görünüb. Müdafiə Nazirliyi 12 pilotsuz uçan aparatın məhv edilməsi barədə məlumat verib:

"Bryansk vilayətində 5, Krasnodar vilayətində 3, Rostov vilayətində 2, Kursk və Belqorod vilayətləri üzərində isə hərəyə bir ədəd təyyarə tipli pilotsuz uçuş aparatı vurulub".

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin Kursk vilayətinə hücumu nəticəsində Ponıri kəndində elektrik xətləri zədələnib. Rayonun qubernatoru Roman Starovoit bildirib ki, kənddə işıq kəsilib: “Fövqəladə hallar briqadaları artıq enerji təchizatının bərpasına başlayıblar”.

Eyni zamanda Orlovsk bölgəsində də elektrik qismən kəsilib. Regionun qubernatoru Andrey Klıçkov bildirib ki, pilotsuz təyyarələrin zərərsizləşdirilməsi zamanı enerji infrastrukturu obyektləri zədələnib. Bundan əlavə Qlazunovski və Sverdlovsk rayonlarında evlər qismən işıqsız qalıb.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla