AZ

Müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıq yaradırıq - Datuk Mutanq Taqal

Bakı. Trend:

Biz müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıqyaradırıq. Mədəni irsin qorunması əhəmiyyətli bir məsələdir və bubizim müqəddəs vəzifəmizdir. Mədəni irs bizim zənginliyimizinsimvoludur.

Trend-in məlumatına görə, bunu Malayziyanın Parlament Senatınınprezidenti Datuk Mutanq Taqal Bakıda keçirilən VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsinqorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr”mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, mədəni irsin qorunmasında, mühafizəsindəcəmiyyətin böyük rolu vardır.

“Yerli icmalar bu sahədə yaxından iştirak edirlər. Malaziya buistiqamətdə beynəlxalq əməkdaşlığa üstünlük verir və beynəlxalqtəşkilatlarla əməkdaşlıq edir. Malaziyada tarixi şəhərlərmövcuddur. Biz UNESCO ilə də yaxından əməkdaşlıq edirik.Qanunvericilik baxımından Malaziya mədəni irsin qorunmasıistiqamətində mühüm işlər həyata keçirib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla