AZ

Kənan Qasımov: İƏT dövlətləri ilə birgə layihələr icra edilməlidir

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə birgə layihələrin icrası vacibdir.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu gün Bakıda keçirilən "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumunda deyib.

O bildirib ki, birgə əməkdaşlıq bu sahədə fəaliyyətə mühüm töhfə olacaq: "Dövlət Turizm Agentliyi olaraq Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində mühüm işlər görülür. Bu sektor üzrə ölkədə fəaliyyət göstərən qurumlara dəstək oluruq. Azərbaycan artıq bir sıra ölkələrin vətəndaşlarının sevimli turizm şəhərinə çevrilir. Ümid edirəm ki, İƏT ölkələri ilə də birgə buna nail olacağıq".

Seçilən
20
2
Mənbələr
Şərh ()
Bağla