AZ

“Ermənistandan konkret “hə“ cavabı gözləyirik“ - Nafiq Həmzəyev

"Görüş Azərbaycan və Ermənistan ali rəhbərliyinin təmaslarına hazırlıq məqsədi daşıyır"

Milli Məclisin deputatı Nafiq Həmzəyev bunu News365.az-a açıqlamasında deyib.

"Xarici İşlər Nazirlərinin görüşləri ali rəhbərliyin Ermənistanın baş naziri ilə  Azərbaycanın prezidentinin görüşünə bir növ hazırlıq mesajı deməkdir. Ola bilər ki, növbəti görüşə bir hazırlıq məsələləri də müzakirə ediləcəkdir. Ən önəmlisi isə Zəngəzur dəhlizinin kalidorunun açılması məsələsi, işə düşməsi məsələsi müzakirə oluna bilər. Çünki Ermənistan prosesi uzadır, ümumi açıqlamalar verir, kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirir. Ancaq konkret bizim ilk şərtimiz, istəyimiz odur ki, Zəngəzur dəhlizi açılsın. Bu baxımdan biz Zəngəzur dəhlizinin açılması üçün real Ermənistandan "hə" cavabını eşitmək istəyirik"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Seçilən
22
Mənbələr
Şərh ()
Bağla