AZ

"Qarnım ağrıyır" deyərək xəstəxanaya getdi, şoka düşdü:Gec getsəydi, öləcəkdi

"Qarnım ağrıyır" deyərək xəstəxanaya getdi, şoka düşdü:Gec getsəydi, öləcəkdi

Kişi qarnında hiss etdiyi şiddətli ağrı səbəbindən xəstəxanasına müraciət edib. Həmin şəxs ağrının səbəbini öyrənəndə şoka düşüb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxanada aparılan təhlillərin nəticəsində kişinin qarnında dəqiqələrin vacib olduğu aortada daxili cırılma aşkar edilib.

Hadisə Türkiyədə baş verib. 52 yaşlı Aytunç Dəmirtaş qarnında hiss etdiyi şiddətli ağrı səbəbindən Biruni Universiteti Xəstəxanasına müraciət edib. Burada aparılan tomoqrafiyada aortada daxili cırılma aşkar edilib.

Yaşadığı şiddətli ağrılar zamanı, nə ətrafdakılara, nə də birinci xəstəxanadan deyilənlərə fikir vermədiyi bildirən kişi, yaşadığı üçün şanslı olduğunu söyləyib. Hazırda xəstəxanada müalicəsini davam etdirir.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla