AZ

Hitlerin sağ əlinin evindən vəhşiliyin izləri TAPILDI - FOTO

Hitlerin sağ əlinin evindən vəhşiliyin izləri TAPILDI - FOTO

Adolf Hitlerin sağ əli, Milli Sosialist Alman Fəhlə Partiyasının qurucusu Hermann Görinqin evindən əlləri və ayaqları kəsilmiş insan skeletləri tapılıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən skeletlərdən birinin körpəyə aid olduğu açıqlanıb. Hitlerin hərbi qərargahının bağçasındakı "Qurd yuvası"nın xarabalıqları arxeoloqlar tərəfindən aşkar edilib.

Polşadakı mülkdə tapılan skeletlərlə bağlı hələlik identifikasiya işi aparılmayıb. Qalıqların bədən bütövlüyünün olmadığı, skeletlərin heç birinin əli və ayaqlarının olmadığı bildirilib.

"Tarixin qalıqları" jurnalının naşiri Oktavian Bartoszevski, araşdırma qrupunun bir yeniyetmə və biri körpə olmaqla cəmi üç insanın qalıqlarını aşkar etdiyini deyib:

"Onların hamısı eyni yerdə yan-yana basdırılıb. Tapıntılan arasında ən dəhşətli olanı körpəyə aid olan skeletlər idi. Onlar ciddi şəkild deformasiyaya məruz qalıblar. Onurğa sütunu əyri, kəllənin isə görünən göz yuvası yox idi. Çənə yerindən çıxmışdı və kəllənin çənə sümüyünün dişləri aşınmışdı. Bütün bu tapılanların yaşlı bir insana məxsus olduğunu göstərirdi. Paltar və ya zinət əşyalarının izləri tapılmadı, bu da qurbanların meyitlərinin dəfn edilməzdən əvvəl soyulduğunu deməyə əsas verir".

Hitlerin sağ əli və nasist Almaniyasındakı silahlı qüvvələrin başçısı Görinq Nürnberq Beynəlxalq Hərbi Tribunalında mühakimə olunan ən yüksək rütbəli nasist məmuru idi. Onün üçün 1946-cı ildə planlaşdırılan edam ərərfəsində Görinq Nürnberq sianid həbi ilə intihar edib.
HitlerinSevda Səfərova

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla