- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı. Trend:
Mayın 1-də hər il Böyük Britaniyada təşkil edilən ənənəvi"Vindzor Kral Atçılıq Şousu"na (Royal Windsor Horse Show) startverilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Trend-əverilən məlumata görə, əzəmətli Vindzor qəsrinin ərazisindəkeçirilən tədbirdə Azərbaycanı 100 nəfərdən çox nümayəndə heyətitəmsil edir.
Azərbaycan nümayəndə heyətinin iştirakı Heydər Əliyev fondunundəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindəntəşkil edilib.
Nümayəndə heyətimizin tərkibinə DSX-nin rəqs ansamblı,süvarilər dəstəsi, "Land of Fire" polo komandası daxildir.
Azərbaycan təmsilçiləri tamaşaçılara yaxşı tanış olan, özünəheyranlar ordusu toplamış, çılğınlığı və gözəlliyi ilə seçilənQarabağ atlarında "Koroğlu" adlı şou-kompozisiyanı təqdimedəcəklər. Kompozisiyanın əsasını ecazkar milli musiqimiz və zərifAzərbaycan rəqsləri təşkil edir.
Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycanın xalq artisti,dünya şöhrətli tenor Yusif Eyvazov və Əməkdar artist TuralAğasiyev, Nigar rolunda Əməkdar artist Afaq Abbasova və DSX hərbiorkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.
Azərbaycan musiqisinin sədaları altında "Sərhədçi" rəqsansamblının ifasında hərarətli rəqslərlə, DSX-nin süvarilərdəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümayişi vəqeyri-adi perfomanslarla müşayiət olunan şou-kompozisiyanınkulminasiya nöqtəsi - süvarilərimizin Azərbaycanın və BöyükBritaniyanın dalğalanan dövlət bayraqları ilə nümayişi təqdimolunacaq.
Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə HeydərƏliyev fondunun dəstəyi ilə Azərbaycan xalqının tarixi,mədəniyyəti və xalçaçılıq sənətini özündə tərənnüm edən "AzerbaijanCultural" tenti qurulacaq. Azərbaycan naharı təşkil ediləcək və100-dən çox qonaq Azərbaycan milli mətbəxinin ləziz təamlarını dadabiləcəklər.
Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək "Vindzor KralAtçılıq Şousu"nda Azərbaycan nümayəndə heyətinin çıxışları mayayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30000-dənçox tamaşaçı izləyəcək.
"Vindzor Kral Atçılıq Şousu" çərçivəsində Azərbaycan nümayəndəheyətinin kral ailəsinin üzvləri ilə görüşləri planlaşdılıb.
Qeyd edək ki, mayın 4-də saat 19:15-də Azərbaycanın "Land ofFire" komandası ilə Böyük Britanyanın "Guards Polo Club" komandasıarasında yoldaşlıq görüşü keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun