AZ

Sərhədimizdə etiraz edən erməni qadınlar ağlayır, polislər onlara gülür - VİDEO

Qazaxla sərhəddə yerləşən Tovuzqala (Tavuş) vilayətində etiraz edən erməni qadınlar ağlayır, polislər isə onlara gülür.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri 168.am saytının kameraları çəkib.
Mənbə qeyd edir ki, Kirants kəndində etiraz edən 31 nəfər saxlanılıb.

Son anda verilən məlumata görə, tutulan vətəndaşlar polis bölməsindən evlərinə buraxılıb.
Ermənistan parlamentinin deputatı Qarnik Danielyan bildirib ki, Kirantsda polis “Halqa” əməliyyatı keçirir.

Xatırladaq ki, mayın 15-dək Ermənistan Qazaxın işğalda olan 4 kəndini Azərbaycana geri qaytarmalıdır. Bunun üçün ərazidə minalardan təmizləmə işləri, delimitasiya və demarkasiya prosesi həyata keçirilir. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
31
Mənbələr
Şərh ()
Bağla