AZ

Muharrem Kılıç Mirsaleh Seyidovla görüşdü

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul edilib. 

“Yeni Sabah” xəbər verir ki, nazir müavini ölkələrimiz arasında dostluq və tərəfdaşlığın, o cümlədən hüquqi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Dövlət başçılarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd edən Xidmət rəisi qarşılıqlı fəaliyyətin hər iki ölkə üçün səmərəliliyini vurğulayıb.

Daha sonra nümayəndə heyətinə Penitensiar xidmətin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, həmçinin onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər  barədə geniş məlumat verilib.

Nümayəndə heyətinin rəhbəri Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də dövlətlərimiz arasında əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıb.

Qonaqlar tanış olduqları cəzaçəkmə müəssisələrində yaradılmış müasir infrastrukturun məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların əyani təzahürü olduğunu bildiriblər.

Görüş tərəflərin qarşılıqlı fikir mübadiləsi ilə sona çatıb.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla