AZ

Turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük - Zoritsa Uroşeviç

Bakı. Trend:

Turizmin iqtisadiyatın inkişafında, yoxsulluğun azaldılmasındarolunu bilirik.

Trend-in məlumatına görə, bunu BMT-nin Ümumdünya TurizmTəşkilatının icraçı direktoru xanım Zoritsa Uroşeviç Bakıdakeçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində “Turizm insanları birləşdirən və mədəniyyətlərarasıdialoqu təşviq edən alət kimi” mövzusunda panel müzakirələri zamanıdeyib.

O qeyd edib ki, iqtisadi inkişafda turizm mühüm rol oynayır.

“Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb. Bu,kifayət qədər böyük rəqəmdir. Turizm sahəsində artım tendensiyasınıbütün dünyada görürük. Bu, o deməkdir ki, bu qədər insan sərhədlərikeçərək digər mədəniyyətlərlə tanış olur, təsəvvürlərinidəyişirlər. Bu mənada, turizmin daxili və beynəlxalq dialoqa necəşərait yaratdığını görürük”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq:Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumdadünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirakedir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla