AZ

Fərid Mansurov: "Paris-2024"ə bacardığımız qədər çox güləşçi ilə yollanmaq istəyirik

Mingəçevir, 2 may, AZƏRTAC

"Paris-2024" Yay Olimpiya Oyunlarına bacardığımız qədər çox güləşçi ilə yollanmaq istəyirik".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş yunan-Roma güləşçisi Fərid Mansurov mayın 9-13-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri barədə danışarkən deyib.

O, lisenziya xarakterli turnirdə Azərbaycan güləşçilərinə inandığını bildirib: "Bildiyiniz kimi, sərbəst güləşçilərimiz Olimpiya çəki dərəcələrinin hər birində lisenziya əldə etdikləri üçün İstanbuldakı turnirə qatılmayacaqlar. Hələ ki, qızlarda lisenziya yoxdur. Bacardığımız qədər vəsiqə əldə etmək istəyirik".

Üçüncü dəfə keçirilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq turnirində qonaq kimi iştirak edən olimpiya və ikiqat dünya çempionu bu cür yarışların təşkilinin gənclərə müsbət təsir etdiyini söyləyib: "Yarışda 21 ölkə mübarizə aparır. Reqata Suqovuşanda start götürdü. Burada azarkeş qismində iştirak etmək qürurvericidir. Fərqli yerlərdən gələn idmançılar Azərbaycanda Suqovuşan və Mingəçevir kimi gözəl yerlərin olduğunu görürlər. Bununla bağlı təbliğat işləri də aparılır".

Qeyd edək ki, reqataya mayın 3-də Mingəçevirdə yekun vurulacaq.

Seçilən
70
2
Mənbələr
Şərh ()
Bağla