AZ

Səfir Rusiyaya qarşı genişmiqyaslı sanksiyalardan danışıb

Səfir

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Vaşinqtonun Rusiyanın hərbi sənayesinə tətbiq etdiyi irimiqyaslı sanksiyalar paketinin məzmununu açıqlayıb.

Reyting.az
-ın xəbərinə görə, Markarova bu barədə “Facebook” səhifəsində yazıb.

Səfir xatırladıb ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasının hərbi-sənaye kompleksinə, kimyəvi və bioloji silahların inkişafı və istehsalı proqramlarına, üçüncü ölkələrin yurisdiksiyasına daxil olan və Moskvaya əsas silahların istehsalına kömək edən qurumlara qarşı sanksiya tətbiq edib.

Onun sözlərinə görə, xüsusilə, Azərbaycan, Belçika, Çin, Rusiya Federasiyası, Slovakiya, Türkiyə və BƏƏ-dən 60-a yaxın subyekt Amerikanın sanksiyalarına məruz qalıb ki, bu da Rusiyaya öz hərbi sənaye kompleksi üçün lazım olan texnologiya və avadanlıqları xaricdən almaq imkanı verir.

Qeyd olunur ki, Rusiyanın özündə iqtisadiyyatın texnologiya, müdafiə, istehsal və nəqliyyat sektorlarında fəaliyyət göstərən 100-dən çox subyekt sanksiyalara məruz qalıb.

Bundan əlavə, ABŞ iqtisadiyyatın enerji sektorunda müxtəlif yurisdiksiyalardan olan şirkətlərə və Rusiyanın “Arctic LNG 2” enerji layihəsinin həyata keçirilməsində iştirak edənlərə qarşı məhdudiyyətlər qoyub.

Sanksiyalar həmçinin metallurgiya və kömür istehsalçıları ilə əlaqəli şirkətlərə, eləcə də aviasiya və aerokosmik sektorlara aiddir.

Bununla yanaşı ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Rusiyanın hərbi-sənaye kompleksinə töhfə verən və ona artıq tətbiq edilmiş məhdudiyyətlərdən yayınmağa kömək edən 200-ə yaxın fiziki və hüquqi şəxsə qarşı da sanksiyalar elan edib.

Müxalif rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə əlaqəli olan Rusiya islah koloniyalarının üç məmuru da məhdudiyyətlərə məruz qalıb.

ELÇİN
Seçilən
190
20
Mənbələr
Şərh ()
Bağla