AZ

Azərbaycana gələn turistlərin sayında xeyli artım var - Sədr

Bakı. Trend:

Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm roloynayır.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədriFuad Nağıyev Bakıda keçirilən VI Ümumdünya MədəniyyətlərarasıDialoq Forumu çərçivəsində “Turizm insanları birləşdirən vəmədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” mövzusunda pandelmüzakirələri zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın turizm potensialı yüksəkdir.

“Azərbaycan bu sahənin inkişafına böyük diqqət yetirir.Azərbaycana gələn turistlərin sayında xeyli artım var. Bu ilAzərbaycanda turizm sahəsinin tam bərpasına nail olmuşuq.Azərbaycanda turizmin inkişafı qlobal tendensiyaya uyğundur”, -deyə o əlavə edib.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq:Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumdadünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirakedir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla