AZ

Qocalar və yoxsullar ölüm cəzasını dəstəkləyirlər

Yazını böyüt
Yazını kiçilt

Rəy sorğusu aparan “Russian Field” rusiyalılardan ölüm hökmünü dəstəkləyib-dəstəkləmədiklərini soruşub. Ölüm cəzasına ən çox dəstək 60 yaşdan yuxarı qrupdadır.

Hafta.az-ın yazdığına görə, ölüm cəzasının qaytarılmasını dəstəkləyənlərin nisbəti bu yaş qrupunda yüzdə 63-dür. Buna qarşı çıxanların nisbəti isə 30 faizdir, əksinə, 18-29 yaş qrupunda əks vəziyyət müşahidə olunur. Bu qrupda ölüm hökmünün tərəfdarlarının nisbəti yüzdə 30-dur, buna qarşı çıxanlar isə yüzdə 60-dır.

Bundan əlavə, kiçik şəhərlərdə və kənd yerlərində yaşayanlar arasında 62 faiz, ayda 40 min rubldan az maaş alanlar arasında 62 faiz, ali təhsili olmayanlar arasında isə 60 faiz cəzanın qaytarılmasına dəstək elan edilib.

1600 nəfərlə aparılan sorğuda edam cəzasının tətbiqini dəstəkləyənlərin nisbəti yüzdə 53 olub. Buna qarşı çıxanlar isə 39 faiz olaraq qalır.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla